Yüksək marjalı 8 biznes

     Yüksək marja əldə etmək hər bir sahibkarın əsas hədəfidir. Lakin rəqabət amilini nəzərə alsaq yüksək marjalı gəliri istənilən biznesdə əldə etmək olmur.  Bu adətən kiçik biznes fəaliyyəti ilə məşgul olan sahibkarlarda daha çox rast gəlinir. Satılan əmtəənin və ya göstərilən xidmətin maya dəyərindən aslı olaraq elə biznes növləri var ki, orda 200-300% marja ilə qazanmaq mümkündür. Bu biznes növlərindən aşağıdakıları misal göstərmək olar:

    1. Bəzək əşyalarının (bijuteriya) satışı

Bijuteriyaya tələbat hər zaman var. Bu biznesdə marjanın səviyyəsi orta hesabla 200-300%, bəzən 1000%-ə qədər çata bilər. Burada çox böyük mağazanı açmağa ehtiyac yoxdur və bunu online satış etməklə də fəaliyyətə başlamaq olar.

0

    2. Qəhvəxana biznesi

İçkilər – kafe və restoranlarda ən yüksək marjalı məhsullardan biridir. Bu məhsulun marjası, adətən, 300-400% təşkil edir, desertlər hesabına bu rəqəm 600%-ə qədər arta bilər. Biznesin üstün cəhəti odur ki, onu hər büdcəyə uyğun qurmaq olar.

01

  3. Toy  geyimləri salonu

Toy geyimləri – geyim dünyasında yüksək marjalı əmtəələrdən biridir. Burada marjanın səviyyəsi 300-500% arasında dəyişə bilər. Bu “ömürdə bir dəfə” baş verəcək toy ilə bağlı olmuşdur. Bu fikri rəhbər tutmuş insanlar toylarına istənilən məbləği xərcləməyə hazırdırlar. Toy geyimləri ilə yanaşı istifadə olunan aksessuarlar, atributlar, fotoalbomlar və digər əşyaların da qiymətləri artırılır.

002.png

  4. Gül salonu.

Gül salonu – ciddi prosesləri və çox saylı işçilərin işə götürülməsini tələb etməyən biznes növündən biridir. Güllərin marjası təqribən 300% təşkil edir.

   5. Dondurma satışı.

Yüksək marjalı desertlərdən biri də dondurma sayılır. Burada marjanın səviyyəsi təqribən 200-250% təşkil edir. Dondurma satışı ilə məşğul olan kafelərin sahibkarları qeyd edirlər ki, iri ticarət mərkəzlərində fəaliyyət göstərən kafelərdə marja 400%-ə qədər çata bilər.

01.png

   6. Optika biznesi.

Optika salonunda resept üzrə hazırlanmış eynəyin qiyməti 200-300%-ə qədər artırılır. Optikada geniş çeşid arasında ən yüksək marjalı məhsullardan biri, günəş eynəkləri hesab olunur (500%-ə qədər). Sahibkarlar qeyd edirlər ki, bu biznesin üstün cəhətlərindən biri də odur ki, eynəklərin ölçüsü kiçik olduğundan onların saxlanılmasına böyük sahəni icarəyə götürməyə ehtiyac yoxdur.

    7. Popkorn satışı.

Yüksək marjalı biznes axtarırsınızsa popkorn satışına diqqət yetirin. Cəmi iki xörək qaşığı “xammal” nəticədə sizə bir litr həcmində hazır məhsul verə bilər. Popkornun marjası 600-700% təşkil edir və bəzi hallarda satış yerindən aslı olaraq 1000%-ə qədər çata bilər.

4-1.png

   8. Smuzi bar.

Müasir dövrdə sağlam həyat tərzi ideyası çox geniş yayılmışdır. Sözsüz ki, sağlam həyat tərzinə sağlam qidalanma anlayışı da daxildir. Smuzi – son illərdə məşhur olan meyvələrdən hazırlanan vitaminli və faydalı içkilərdən biridir. Smuzi-bar açmaq üçün elə də böyük investisyaya ehtiyac yoxdur. Qeyd edək ki, smuzi içkilərinin hazırlanma texnologiyası çox sadədir. Bu biznesdə marjanın səviyyəsi mövsümi meyvələrin qiymətindən aslı olaraq 200-500% aralığında ola bilər.

02

Müəllif:  Elnur Quliyev

Leave a Reply