Isveçrənin iri online mağazası kriptovalyuta qəbul edir

     İsveçrənin iri online mağazası olan Digitec Galaxus AG martın 20-si ödəniş vasitəsi kimi kriptovalyutaları qəbul edəcəyini rəsmi internet səhifəsində elan etdi. İsveçrənin “amazon.com”-u adlandırılan Digitec Galaxus ödəniş kimi bu kriptovalyutaları qəbul edir: Bitcoin (BTC), Bitcoin Cash (BCH), Bitcoin Cash SV (BSV), Ethereum (ETH), Ripple (XRP), Binance Coin (BNB), Litecoin (LTC), TRON (TRX) , OmiseGo (OMG), NEO.

02.png

  Online mağaza 200 İsveçrə frankından yuxarı olan ödənişləri kriptovalyutalar ilə qəbul etmək üçün elektron ödənişlər üzrə şirkət olan Datatrans AG ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Datatrans AG isə öz növbəsində kriptovalyuta ilə ödənişlərin ani olaraq fiat pullara konvesrtasiya edilməsini təmin etmək üçün kriptovalyuta provayderi olan Coinify ilə işləyir. Digitec Galaxus AG birbaşa olaraq rəqəmsal aktivləri qəbul etməyəcək. Müştərilər ödəniş zamanı kriptovalyutaları göndərən zaman Coinify dərhal mübadilə edərək satıcının hesabına göndərir. Kriptovalyutaların qiymətindəki volatilliyi nəzərə alaraq riskləri minimumlaşdırmaq üçün ödəmə prosesi təxminən 15 dəqiqə çəkəcək.

 

Elnur Quliyev

 

Leave a Reply