LinkedIn ən yaxşı 50 “işverən” şirkəti açıqladı

    Biznes üçün sosial şəbəkə olan LinkedIn 2019-cu ildə işləmək üçün ABŞ-da ən populyar şirkətlərin siyahısını dərc edib. 2017-ci ildən başlayaraq hər il dərc edilən bu siyahıya işçiləri üçün ən yaxşı iş şəraiti və yüksək əmək haqqı təklif edən 50 şirkət daxil edilir.

Reytinq üzrə ilk 10 yeri tutan şirkətlər:

  1. Alphabet (Google, YouTube, Nets)
  2. Facebook
  3. Amazon
  4. Salesforce
  5. Deloitte
  6. Uber
  7. Apple
  8. Airbnb
  9. Oracle
  10. Dell Technologies.

    Reytinq ABŞ, Avstraliya, Braziliya, Çin, Yaponiya, Kanada, Fransa, Almaniya, Hindistan və Böyük Britaniyadan olan 564 milyondan çox LinkedIn istifadəçilərinin üstün tutduqları karyeraların təhlillərinə əsaslanır. Siyahı tərtib olunarkən şirkətlər tərəfindən verilən vakansiyaya olan tələbat, baxışların sayı və göndərilən CV-lərin sayı da nəzərə alınıb. Ümumilkdə analiz zamanı məlum olub ki, vakansiya üzrə axtarış zamanı yüksək maaşla yanaşı iş axtaranları işə götürən şirkət tərəfindən təklif edilən əlavə imkanlar – tibbi sığorta, mənzil ilə təmin olunma, korporativ təlim və s. cəlb edir.

0 (1)

     Siyahı üzrə Cisco 12-ci, Tesla 16-cı, Bank of America 18-ci, Goldman Sachs 21-ci, PwC 30-cu, Ernst & Yung 33-cü, Coinbase 35-ci, Twitter 36-cı, İntel Corporation 37-ci, JP Morgan 44-cü, Nike 45-ci pillədə yer alıb.

    Maraqlı fakt odur ki, kriptovalyuta birjası olan Coinbase siyahıda 35-ci yeri tutaraq ABŞ-ın maliyyə qiqantı olan JP Morgan-nı 9 pillə geridə qoyub.

 

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma