2016-cı ildə İCO-lar blockchain startuplar üçün maliyyə cəlb etmək üçün əsas vasitəyə çevrildi. Lakin bundan əvvəl 2013-cü ildə ilk dəfə İCO-a çıxmış layihə Mastercoin olub. İCO-ların 2018-ci ildə uğursuz olmalarına əsas səbəbləri: hüquqi qeyri-müəyyənlik, İCO təşkilatçılarının fırıldaqçılığı, investorların hüquqlarının qorunması mexanizminin olmaması və maliyyə tənzimləyiciləri tərəfindən sərt tədbirlərin görülməsi.
2018-ci ilin sonu İCO-ların alternativi olan İEO (Initial Exchange Offerings) yarandı. İnvestisiyaların cəlb edilməsi metodu olaraq İEO-nı İCO-dan fərqləndirən əsas fərq ondan ibarətdir ki, İEO-nu birja keçirir. Yəni, İCO-da layihə sahibi tokenləri satmaq üçün özü investorlar axtarır və tələb edilən məbləğ yığdıqdan sonra həmin tokenlərin birjaya daxil edilirdi. Bu zaman əsas risk ondadır ki, lazım olan maliyyə vəsaiti yığıldıqdan sonra tokenin birjaya çıxarılacağına heç bir qarantiya yoxdur. İEO-da isə əsas rol kriptovalyuta birjasında olur və birja özü prespektiv layihələri seçərək platformanın istifadəçilərinə təklif edir. Daha aydın izah etsəm, İEO zamanı token artıq birjada olur.
İEO-nın üstünlükləri:
- Birja proyekt üzrə “due diligence” prosedurlarını öz üzərinə götürür. Yəni, birja tədim edilən proyektin komandasını, məhsulun həyat qabiliyyətini, maliyyə vəziyyətini, bazar mövqeyini və digər riskləri qabacadan analiz edir. Birjanın proyekt üzrə reputasiya risklərini öz üzərinə götürməsi potensial investorların güvənini artıran faktorlardur;
- İEO zamanı hər bir investor mütləq şəkildə birjanın KYC (öz müştərini tanı) prosedurnu keçməlidir. Anonim investorlar İEO-da iştirak edə bilməzlər;
- İCO zamanı investisiyalar əsasən ethereum ilə aparılırdı, İEO-da isə birjanın öz kriptovalyutasında aparılır.
- İEO zamanı marketinqlə təkçə layihə təşkilatçılar deyil, həmçinin birja da məşğul olur. Bu cür yanaşma xərclərə qənaət etməklə yanaşı effektivliyi daha da artıracaq.
Startup təşkilatçları üçün İEO keçirilməsinin əsas üstünlüklərdən biri də hazır bazanın olmasıdır. Çünki birja istifadəçiləri hazır hesaba malik və nisbətən daha təcrübəli potensial investorlar hesab edilir. Hazırda bilinən 6 birjada İEO-lar keçirilir: Binance (Binance Launchpad), Bitmax (Bitmax Launchpad), Bittrex (Bittrex IEO), Huobi (Huobi Prime), Kucoin (KuCpon Spotlight), Okex (OKEx IEO). Tokenseyldə yalnız verifikasiya keçmiş birja istifadəçiləri iştirak edə bilər.
Birjaların İEO keçirmək üçün əsas qazancı:
- Birjada İEO keçirilməsi üzrə ödənişlər.
- Birjaya yeni istifadəçilərin cəlb edilməsi. İnvestorlar İEO-nun keçirildiyi birjanın gələcəkdə potensial treyderləri ola bilərlər. Bu isə birja üçün əlavə komissiya gəliri deməkdir.
- İEO layihəsi ilə birgə marketinqin aparılması.
Müəllif: Elnur Quliyev