SEO nədir?

   Vebsaytı axtarış sistemlərində axtarış zamanı ön sıralarda çıxması üçün göstərilən xidmətə SEO (Search Engine Optimization) deyilir. SEO ingilis dilindən tərcümədə axtarış sisteminin optimizasiyası mənasını verir. 928997129474815928845368280631 SEO-nun əsas məqsədi vebsaytları istənilən sözlərdə üst sıraya çıxarmaq və məhsul və ya xidməti tanıdan saytı istənilən kütləyə göstərməkdir. Yaxşı tərtib edilmiş SEO ilə saytınız biləvasitə xidmət və məhsullarınız oxşar xidmət axtaran şəxslərə daha çox görünüb, əlçatan olur. SEO vebsayta istifadəçi cəlb etməyin ən effektiv üsuludur. Axtarış sisteminə optimizasiya ilə siz məhsuldar rəqəmsal marketinq kampaniyası etmiş olursunuz. Bu zaman strategiyanı düzgün qurmaq ən önəmli məqamdır. Hədəf, tez bir zamanda qısamüddətli olaraq ön sıraya çıxmaq yox, qalıcı olaraq ön sırada liderliyi saxlamaqdır.

Niyə SEO?

  İstifadəçi, xidmət və ya məhsul haqqında axtarış etdiyi zaman onu əldə etmək istəyi yüksəkdir. Bu səbəbdən axtarış zamanı nəticə səhifələrində orqanik olaraq ön sıralarda yer almaq, markanızın vebsayt girişlərini və satışlarınızı artırır. 5-Effective-SEO-Tips Axtarış sistemlərində (Google, Yandex, Bing və s) alış-veriş üçün axtarış zamanı müştəri adətən ilk səhifədə çıxan nəticələr arasından seçim edir. Bu nəticələr həmin şirkətin SEO xidmətindən uğurlu istifadə etdiyinin göstəricisidir. İstifadəçilərin 95%-i axtarış mühərriklərinin ilk səhifəsində çıxan nəticələrə yönəlirlər, bu səbəblə öz veb saytınızı yaxşı bir SEO köməyi ilə ilk çıxan nəticələrdən biri halına gətirməniz, saytın üstünlüyünü daha çox artıracaqdır. Axtarış sistemləri güclüdür ona görə ki, onlar hədəflənmiş trafiklə təmin edirlər. Başqa sözlə, axtarış sistemləri artıq sizin xidmətinizi və ya malınızı axtaran internet istifadələrini saytınıza gətirir. Hədəflənmiş internet auditoriyası digər marketinq kanalları ilə müqaisə olunmayan dərəcədə tanınmanı təmin edir.

SEO-nun əsas üstünlükləri:

  • axtarış zamanı ön sırada çıxmağınız sizin vebsayt girişlərini daha çox artıraraq, ziyarətçinizi müştəriyə çevirir;

  • klik başına düşən dəyər ödənişsiz olduğundan rəqəmsal reklam xərclərini minimallaşdırır;

  • axtarış zamanı ön sırada yer almaq marka tanınmasına əvəzsiz dəstək verir və satışların artmasına imkan yaradır;
  • vebsaytınız həm məzmun, həm də funksionallıq baxımından ziyarətçi üçün daha rahat istifadəni təmin edir.

Bəs SEM nədir?

      SEM (Search Engine Marketing) – axtarış sistemi marketinqi kimi istifadə edilən bir termindir . SEM-də ən az SEO qədər vacibdir. SEM adətən axtarış, yükləmə (upload) web sayıtlarının,axtarış mühərrikləri nəticəsində içərisində mövqeləndirilməsi üçün istifadə olunur. Markanız ve reklamını etmək istədiyiniz sahə ilə bağlı edilən axtarışlarda ən çox hansı sözlərin və ifadələrin işlədildiyini müəyyənləşdirib, bu axtarışlarda vebsaytınızın axtarış və ya ekran reklamlarının ön plana çıxmasını təmin edə bilərsiniz. Yəni SEM, SEO-nun əksinə olaraq markanız, edəcəyiniz bir reklam yerindədir.

SEM-google-adwords

SEO və SEM arasındakı fərq nədir?

  Hər ikisnin məqsədi vebsaytı axtarış sistemlərində ilk sıralara daşımağa yardım etməkdir. Lakin onların məqsədi eyni olsa da, ikisi arasındakı fərqlər bunu 2 fərqli sahə insanın işi edir. Yəni SEM marketoloqun, SEO isə İT mütəxəssisin işidir. Bu onların arasındakı ilkin və təməl fərqdir.

    SEM marketoloqun gördüyü işdir. Bu işi görmək üçün həmin axtarış sisteminin reklam platformasında kampaniya başladılır və daxil etdiyi açar sözlərə müvafiq ödəmələr etməklə saytın axtarış zamanı ilk pillədə görüntülənməsinə nail olur. Məsələn, hesab edək ki, biz Google axtarış sistemində “Parfum” axtarılan zaman ilk pillədə görünməyimizi istəyirik. Bu zaman “Parfum” sözünü ödənişli formada reklama yerləşdirməklə bu sözün axtarışı zamanı ilk pillədə görünməyimizə nail oluruq və bunun qarşılığında həmin axtarış şəbəkəsinə pul ödəyirik. SEO isə İT mütəxəssisin işidir və bu optimizasiya doğru aparıldığı zaman sayt müxtəlif açar sözlərə uyğun olaraq ilk sıralarda görüntülənir. Ancaq məsələ bundadır ki, SEM-dən fərqli olaraq SEO üçün saytın axtarış zamanı ilk pillədə görünməsi üçün açar sözlə saytın daxilidəki mətnlər uyğunluq təşkil etməlidir. Məsələn sizin saytınız avtomobil satışı üçündür və siz istəsəniz ki, ayaqqabı sözü axtarılarkən saytınız ilk pillədə görünsün, bu mümkünsüzdür. Çünki saytınızda ayaqqabı məzmunu yoxdur. SEM-də isə bunu etmək mümkündür.

seo-sem-999x499.png

     SEM ilə SEO arasında digər bir fərq isə ondan ibarətdir ki, SEO ümumi məhsula yönəlir, SEM isə ümumi məhsulla bərabər konkret kampaniyaya yönələ bilər. Hesab edək ki, siz aviabilet satışı ilə məşğulsuz. SEO ilə siz aviabilet, ucuz aviabilet və s. sözlərin axtarışı zamanı ilk pillədə görünməsinə nail ola bilərsiz. Ancaq məxsusi olaraq Bakı – İstanbul reysi üçün 1 aylıq endirim kampaniyanız varsa, bu 1 ay ərzində müvafiq açar sözlərlə ilk sırada görünmək istəyirsizsə, bu SEM-in işidir.

Ümid edirəm bu məlumatlar sizin üçün faydalı oldu. Uğurlar!

 

 

Elnur Quliyev

 

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma