Kriptovalyutaların qiymətləri haqqında ən populyar resurslardan biri olan CoinMarketCap.com Android üçün ilk mobil tətbiqi buraxdı və paralel olaraq iOS üçün olan versiyasını yenilədi. Yeni mobil tətbiqdə olan funksiyalar vebsaytda hələ ki, yoxdur. Bu funksiyalar – portfelin izlənməsi, kriptovalyutaların paralel müqaisəsi və qiymətlərin dəyişməsi barədə xəbərdarlıq edilməsidir. İstifadəçilər yeni mobil tətbiqdə profil yaratmaqla öz portfellərini və siyahı üzrə qabaqcdan müəyyən edilmiş məlumatları izləyə biləcəklər. Bu profillər həmçinin qiymət dəyişikliyini daha tez izləmək və qərarlar qəbul etmək üçün imkan yaradan müxtəlif cihazlar arasında sinxronizasiya edilə bilər.
CoinMarketCap-ın marketinq departamentinin rəhbəri Carylyne Chan: “Hesab edirik ki, istifadəçilər əlavə etdiyimiz yeni üslub və funksiyaları bəyənəcəklər. Biz mütəmadi olaraq daxil olan rəy və təkliflərə əsasən mobil tətbiqi yeniləməyə davam edəcəik.”
Elnur Quliyev