Tunis və Əfqanıstan bitcoin istiqrazlarını buraxmağa hazırlaşır

   Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 8-14 aprel tarixlərində Vaşinqtonda keçirilən idarə heyətlərinin illik yaz görüşundə Tunis və Əfqanıstan Mərkəzi Banklarının rəhbərləri çıxışları zamanı bitcoin-də dövlət istiqrazlarının buraxılması ehtimalını nəzərdən keçirdiklərini bəyan ediblər. Asia Times xəbər agentliyinin verdiyi məlumata əsasən hər iki ölkənin mailyyə qurumlarının rəhbərləri bildiriblər ki, ölkələrinə kapitalın cəlb edilməsi üçün bitcoin-də dövlət istiqrazlarının buraxılmasına maraq göstərirlər.

    Əfqanıstan Mərkəzi Bankının rəhbəri Khalil Sediq bildirib ki, ölkəsi 5,8 milyard ABŞ dolları məbləğində investisiyaların cəlb edilməsi üçün bir vasitə kimi istifadə edilən suveren kripto istiqrazlarının buraxılması məsələsini ciddi şəkildə nəzərdən keçirir.  image (1) Yeni texnologiyalara rəğbəti ilə tanınan Tunisin Mərkəzi Bankının sədri Marouane El Abassi müsahibəsində deyib ki, artıq xüsusi bir işçi qrup bitcoin ilə dövlət istiqrazlarının buraxılması imkanını araşdırır. Tunis həmçinin milli valyutasının rəqəmsal versiyasının yaradılması ideyasını da nəzərdən keçirir. Marouane El Abassi özü Dünya Bankının keçiş əməkdaşı olub. O, müsahibəsi zamanı qeyd edib ki, Tunis dünyada ilk dəfə elektron pul buraxmış (e-dinar) ölkələrdən biridir və Tunis şirkəti olan DigitUS Tech tərəfindən hazırlanan Poste Tunisienne sistemi vasitəsilə rəqəmsal nağd ödənişləri qəbul etmişdir.

 

Elnur Quliyev

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma