Beynəlxalq kağız pullar cəmiyyəti (The International Bank Note Society – IBNS) 2018-ci il üçün dünyanın ən gözəl kağız pullarının reytinqini açıqlayıb. “İlin banknotu – 2018” mükafatının münsiflər heyəti dünya üzrə ümumilikdə 150 banknot arasından seçim edib. Kağız pulların “Top 10”-luğu aşağıdakı kimidir:
1. Ən gözəl banknot Kanadanın 10 dollar kağız pulu seçilib. Banknotun bir üzündə irqi ayrı-seçkiliyə qarşı mübarizəsi ilə tanınan iş qadını Viola Desmond-un, digər tərəfində isə Vinnipeqdə yerləşən insan hüquqları muzeyi əks olunub. 10 Kanada dolları 2018-ci ilin 19 noyabrında dövriyyəyə buraxılmışdır.



6. 2018-ci ilin 28 avqustunda Meksikada 500 peso nominal dəyərində yeni kağız pullar dövriyyəyə buraxıldı. Bu, yenilənmiş proqramlar çərçivəsində buraxılan ilk banknotdur. Üz hissəsinin dizaynında prezident Benito Juarezin ( 1806-1872) portreti ilə Reforma və Bərpa dövrünün təsviri yer alıb. Portretin sol tərəfində Juaresin 1867-ci ilin 15 iyulunda Meksikada hakimiyyətə gəlişinin triumfal mənzərəsi əks olunub.
7. 2018-ci ilin bir yanvarında Mavritaniyanın Mərkəzi Bankı yeni seriya banknotların dövriyyəyə buraxılmasını bəyan etdi. Yalnız beş nominal təqdim olunub: 50, 100, 200, 500 və min uqiya. Mavritaniyanın yeni kağız pulları horizontal yönümlüdür və rəngi sakit tonlardadır. Rəssamlar ənənəvi kağız pul nişanələri stilini əsas götürüərək artıq detallara yer verməyiblər. Üzərində nominal dəyər, emitent-ölkə və həmçinin hər iki dövlət dili – ərəb və fransız dillərində digər məlumat yer alıb.
8. 2018-ci ilin 27 sentyabrında Baham adalarının Mərkəzi Bankı 20 dollar nominal dəyərində nağd pulları buraxıb. Yeni banknot CRISP Evolution seriyasına daxildir və zamanın məşhur vertikal dizaynına malikdir. Üz hissəsində tanınmış amerikan aktyoru, valideynləri Baham adalarından olan Sidney Poitier-in şəkli əks olunub. Bundan başqa, banknotlarda Baham adalarının xəritəsi, Nassau limanının, Cənnət adalarının və Baham adaları Birliyi gerbinin təsviri var.
9. 2018-ci ilin 3 iyulunda 20 boliviano dövriyyəyə buraxılıb. Göründüyü kimi bu yeni kağız pulların rəngi narıncıdır. 100% pambıqdan hazırlanıb və qabarit ölçüsü 14 x7 sm-dir.
10. Venesuelanın 100 bolivar-ı 2018-ci ilin 20 avqustda 20 boliviano dövriyyəyə buraxılıb.
Mənbə: theibns.org / banker.az