Xaricə səyahət zamanı 10 faydalı sayt

    Bir çox insanlar hazırda xaricə səyahət zamanı planlaşdırmanı – təyyarə biletlərin alınması, otelin bron edilməsi, tur paketlərin sifarişi və avtomobilin icarəyə götürülməsini özləri etməyi xoşlayır. turist.jpg Bu tendensiya hər il artmaqda davam edir. Online resurslar səyahət edən insanlara daha geniş seçimlər və xərclərə maksimum qənaət etmək imkanlarını yaradır. Getdikcə inkişaf edən texnoloji yeniliklər və bazarda rəqabət aparan online xidmətlər təqdim edən şirkətlər sayəhətləri müstəqil və heç kimə ağız açmadan planlaşdırmağı daha da asanlaşdırır. Odur ki, əgər siz də səyahətinizi öznüz planlaşdırmaq istəyirsinizsə aşağıdakı faydalı resurslardan istifadə edin:

Skyscanner.net

2.png

      Dünyada ən çox bilet axtarışı edilən bu sayt vasitəsilə büdcənizə uyğun təyyarə bileti tapa bilərsiniz. Bilet qiymətləri dəyişkən olduğundan gün ərzində vaxt tapıb sayta nəzər yetirin. Əgər vaxtınız yoxdursa “Qiymət siqnalı” (Price alert) funksiyasını aktiv edin. O sizin yerinizə büdcənizə uyğun qiymətləri tapıb çıxaracaq. Gedəcəyiniz yerə təyyarə biletini axtarış verdikdən sonra nəticələrin sol tərəfində “Qiymətlərdən xəbərdar ol” linkinə klikləyin. Bilet qiymətlərində dəyişikik olarsa, sayt sizi email yollamaqla xəbərdar edəcək.

Accuweather.com

3.png

     Getdiyiniz ölkədə, şəhərdə “hava necə olacaq” – yəqin bilmək istəyərsiz. Kim hava şəraitinə görə otel divarlarına baxaraq tətil keçirmək istəyər? Ona görə də ilk iş havanın necə olacağını bilmək və səyahəti ona uyğun planlaşdırmaqdır.

Booking.com

3

     Booking.com – otel seçərkən ən çox müraciət olunan saytdır. Sayta abunə olmaqla endirimlərdən yararlana bilərsiniz. Bir də Roomkita.com saytı var ki, booking.comhotels.comexpedia.comhrs.comeasytobook.comgetaroom.com kimi otel rezerv saytlarını bir yerdə cəmləyir və otel seçimini asanlaşdırır. Airbnb.com, kayak.com kimi saytlar isə səyahətsevərlərə hər büdcəyə uyğun kirayə evləri təqdim edir.

Rome2rio.com

5.jpg

     Bu sayt vasitəsi ilə istiqamətinizin başlanğıc və son nöqtələrini qeyd edib haraya, necə, hansı nəqliyyat vasitəsilə və neçəyə gedə biləcəyiniz haqda məlumatları qarşınıza çıxarır. Bununla da sərfəli nəqliyyat vasitəsini seçərək səyahətinizi planlaşdıra bilərsiniz.

Viamichelin.com

5

    Viamichelin.com saytı maşınla səyahət edənlər üçün çox əlverişlidir. Sayt səyahət planlaşdırarkən seçdiyiniz yollarda (qısa, uzun, daha maraqlı kəşf ediləcək yeni yerləri görməklə) səfər ərzində sizə bələdçilik edir.

Eventful.com

7.png

    Eventful.com saytı vasitəsilə səfər edəcəyiniz şəhərdəki festivallar, konsert və başqa tədbirlər haqda məlumat əldə edə bilərsiniz. Bunun üçün saytda qeydiyyatdan keçərək maraq dairənizə uyğun sahəni seçdikdən sonra emailinizə müntəzəm olaraq məlumat axınını təmin edə bilərsiniz.

City-discovery.com

8.jpg

      Bu sayt vasitəsilə səyahət etdiyiniz şəhərlərdə müxtəlif turlar (Məs: hop on- hop off bus tour)  haqda məlumat  alıb əvvəlcədən bilet rezerv edə bilərsiniz. Gedəcəyiniz şəhərdə turist informasiya mərkəzlərini axtarmamaqla yanaşı, vaxt itirmədən daha ucuz biletlər əldə etməklə səyahətinizi daha da əyləncəli edə bilərsiniz.

Eatwith.com

9.png

     Bu sayt səyahət edəcəyiniz şəhərdə turistlərlə ev sahiblərini eyni süfrə arxasında birləşdirir. Deməli, gedirsiniz bir şəhərə, həmin ölkədə bir ailəyə qonaq olursunuz, kiçik bir məbləğ qarşılığında milli mətbəxindən dadırsınız, insanları ilə yaxından tanış olur, ölkə haqqında daha da geniş məlumata sahib olursunuz.

Omio.com

12

     Avropaya səyahət edənlər üçün faydalı platformadır. A və B şəhərlərini və tarixi seçirsiniz, platforma sizə təyyarə, avtobus və qatarla nə vaxt və neçəyə səyahət edə biləciyinizi göstərir.

google.com/drive/

11.jpg

      Google drive səyahət vaxtı sənədlərinizin nüsxələrini saxlamağa imkan yaradır. 15 GB yaddaşla bütün sənəd, şəkil, video və s. saxlamaq üçün çox gözəl depodur. Əgər yaddaş kifayət deyilsə, müəyyən məbləğ qarşılığında yaddaşı artıra bilərsiniz. Sənədlərinizi, çantanızı itirsəniz, köməyinizə google drive çatır. Bundan başqa dropbox, skydrive, yandex kimi saytlardan da depo kimi istifadə edə bilərsiniz.

 

 

Elnur Quliyev

 

Leave a Reply