CoinATMradar.com-ın 30.06.2019 tarixinə olan məlumatına əsasən hazırda dünyada 5041 ədəd kripto-ATM mövcuddur. Hesablamalara əsasən hər gün orta hesabla 7 ATM quraşdırılır. Ümumilikdə kripto bankomatların 61%-də kriptovalyutaları yalnız almaq, 39%-də isə ikitərəfli əməliyyat – həm almaq, həmdə satmaq mümkündür. Bankomatlarda əməliyyatlar üzrə orta faiz dərəcəsi alış zamanı 9-12%, satışda isə 5-8% təşkil edir. Bankomatların 99.9%-i Bitcoin-i, 65.9%-i Litecoin, 57.2%-i Ethereum, 37.3%-i Bitcoin Cash, 19.1%-i Dash-ı dəstəkləyir.
Bankomatların 74%-i Amerika, 22%-i isə Avropa qitəsinin payına düşür. Ölkələr üzrə statistika: ABŞ- 3261, Kanada- 688, Avstriya- 268, Böyük Britaniya- 249, İspaniya-89, Çexiya-67, İsveçrə-58, Rusiya-58, İtaliya-44, Kolumbiya-42, Slovakiya-42, Polşa-42, Rumıniya-36, Almaniya-36, Hollandiya- 35, Yunanıstan-28, Gürcüstan-13, Ukrayna- 11.
Kripto-ATM istehsal edən edən 31 şirkətdən 3-ü: General Bytes (31.6%), Genesis Coin (30.4%) və Lamassu (9.1%) ümumi bazarın 71.1%-nə sahibdir. Bankomantların sayı illər üzrə: 2015-ci ildə 503, 2016-da 954, 2017-də 2028, 2018-ci ildə isə 4109 ədəd olub.
Qeyd: Online rejimdə sizə ən yaxın kripto ATM olduğu yeri, bankomantdan bitcoin və ya digər kriptovalyutanı necə almaq və ya necə satmaq qaydaları coinatmradar.com-da ətraflı izah edilib.
Müəllif: Elnur Quliyev