Dövlət qulluqçularına vergi güzəşti

  01.01.2019 tarixdən etibarən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən əmək haqqının 8.000 manatadək olan hissəsindən vergi tutulmur. Bu güzəşt dövlət qulluqçularına da şamil edilirmi?

     Muzdlu işlə əlaqədar gəlir vergisinin güzəştli qaydada hesablanması yalnız neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir və bu sektorda əmək haqlarının leqallaşdırılmasını və qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyır. Lakin son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əmək haqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manatadək qaldırılmışdır. Əmək haqqının 200 manatdan yuxarı olan hissəsindən isə 14 faiz dərəcə ilə vergi tutulur.

Nümunə: Əmək haqqı 570 manat təşkil edən dövlət sektorunda çalışan fiziki şəxsin əmək haqqından 51,8 manat (570 – 200 = 370 x 14% = 51,8 manat) vergi tutulacaqdır.

 

Mənbə: Vergi Məcəlləsi, 101.1-ci və 102.1.6-cı maddələr

Leave a Reply