Rusiya Federasiyasının ən böyük banklarından biri olan “Альфа-банк”-ın direktorlar şurasının sədri Peter Aven (Петр Авен) son müsahibəsində kriptovalyutalara inanmadığını və onların uydurma olduğunu deyib.
Петр Авен: “Mənim üçün pul, onunla vergi ödəməyə imkan verirsə pul olur. Nə qədər ki, kriptovalyutalarla vergi ödənilmir, onlar pul deyil. Onlarla qazana bilərsiniz amma spekulyativ əməliyyatlarda iştirak etmədiyim üçün mənim üçün kriptovalyutalar maraqlı deyil. Mənim fikrimcə, kriptovalyutalar uydurulmuş alətdir və onlar yox olacaq.”