Bitcoin Halving nədir?

    Halving (yarıya bölünmə) – Bitcoin şəbəkəsində maynerlərə yeni blok əlavə etdiyi üçün verilən mükafatın həcminin iki dəfə azaldılmasıdır. Satoshi Nakamoto 31 okytabr 2008-ci ildə “Bitcoin: A Peer-to-Peer Electronic Cash System” adlı (Bitcoin White Paper) sənəddə halvinq-i hər 210 mininci blokda və ya hər 4 ildə bir dəfə olmasını proqramlaşdırmışdır. Yəni, bitcoin şəbəkəsində hər 10 dəqiqədə yaradılan bloklarda bitkoinlərin sayı dörd ildən bir yarıya endirilir. Bu proses 21 milyonuncu bitcoin əldə edilənə qədər (təqribən 2140-cı il) davam edəcək. Halving-in əsas vəzifəsi kriptovalyutanın emissiyasına nəzarət etmək və inflyasiyanın qarşısını almaqdır.

     3 yanvar 2009-cu ildə ilk bitcoin blok – Genezis blok yaradıldı və bununla da şəbəkədə yaradılan hər bloka görə maynerlər 50 bitcoin mükafat almağa başladı.  Bundan sonra bitcoin şəbəkəsində halving 2 dəfə – 28.11.2012 və 09.07.2016 tarixlərində baş verdi. 1-ci dəfə hər şəbəkədə yaradılan hər bir blok üzrə mükafat 25 bitcoin, 2-cidə isə 12.5 bitcoin oldu. Növbəti halving isə 2020-ci ilin 11 may tarixində olacaq və bu zaman hər blok üzrə mükafat 6.25 bitcoinə enəcək. 2024-cü ildə isə 3.125 BTC olacaq.

      “Bitcoin Halving”, ilk kriptovalyutanın qiymətinin qalxmasına birbaşa təsir edən fundamental faktordur. Bitcoin şəbəkəsindəki ilk iki halving növbəti 1-1.5 il ərzində kriptovalyutanın volatilliyinin artması ilə müşayiət olundu. Bitcoin-in qiyməti 1-ci halving-də 11 dollardan 1.100 dollara, 2-ci halving-də isə 230 dollardan 20.000-a qədər artmışdı.

Bitcoin-halving-Main.png

Müəllif:  Elnur Quliyev

2 comments

Leave a Reply to Bitcoin – 10 üstün cəhəti – kriptoinvest.azCancel reply