Facebook, YouTube və İnstagramda reklam strategiyası

     İnternetin istifadəsinin artması ilə paralel olaraq sosial media şəbəkələri marka və müştərilər üçün bir araya gəlmə platformasına çevrilmişdir. Sürətlə inkişaf edən sosial media platformaları şirkətləri marketinq strategiyalarını bu istiqamətdə dəyişməyə məcbur edir. Sosial mediada verilən reklamların firma və markalara verdiyi üstünlük artıq zamanın tələbinə çevrilib. Azərbaycanda sosial media reklamı deyəndə ağıllara ilk olaraq Facebook, İnstagram, YouTube, Twetter Linkedin gəlir. Bu, hər hansı bir brend və ya layihənin milyonlarla insana çatdırmaq üçün hazırda ən effektiv üsula çevrilməkdədir. Sosial şəbəkələrdə yeni reklam modelləri inkişaf etdikcə şirkətlər təqdimatlarını bu üsullarla etməyi daha üstün tuturlar.

Facebook, YouTube və İnstagramda reklamın üstünlükləri

    Hər bir marka və şirkət təqdim etdiyi xidmətlər və ya məhsulların daha böyük kütlə tərəfindən üstünlük verilməsini istəyir. Çatılması istənilən hədəf kütləsinə şirkətin xidmətlərini ən yaxşı şəkildə izah etməyin hazırda effektiv yolu – Facebook, YouTube və İnstagram reklamlarıdır. Pullu olaraq verilən bu reklamlar ilə məqsədinizə ən uyğun reklam modeli müəyyən edilərək bu istiqamətdə əhatəli strategiya qurmaq mümkündür. İnternet üzərindən reklam vermə variantına maraq günü-gündən artır. Bu baxımdan Facebook/YouTube/İnstagram-da reklam imkanları TV/Radio reklamlarında öndə olmağı bacarır. Xüsusilə hər gün 900 milyondan artıq istifadəçinin Facebook/İnstagram hesabına daxil olması, bu platformaları əhəmiyyətli bir gəlir mənbəyi olmasını təmin etmişdir.

   Rəqəmsal marketinq üsulu olan sosial şəbəkə reklamları ilə qurulan strategiyalar şirkətlər üçün çox önəmlidir. Bəs bu strategiyalar necə qurulmalıdır? Əvvəlcə şirkətin hədəflərini müəyyən edilməli, buna uyğun olaraq dügün hədəf kütləsinin araşdırılması aparılmalıdır. Rəqib firmaların reklamları araşdırılmalı və onlardan bir addım önə keçəcək daha fərqli reklam aləti seçilməlidir. Bunun üçün aşağıdakılar nəzərə alınmalıdır:

  • Reklam kampaniyası üçün ən uyğun büdcə qiymətləndirməsi aparılır;
  • Konkret hədəf auditoriyaları müəyyənləşdirilir;
  •  Sosial media qrupları müəyyən olunur;
  •  Reklam üçün ən doğru və effektli şəkil, video və mətinlər hazırlanır;
  •  Reklam yayımı aparıldıqdan sonra reklam qiymətləndirməsi aparılaraq, statistika hesablanır;
  • Təhlillərin aparılması və nəticələrin qiymətləndirməsindən sonra hədəflənən kütləyə reaklam edilən markanın tanıtımı uğurlu olub-olmaması müəyyən edilir.

social.media_

 

 

 

Leave a Reply