Warren Buffett ilə Justin Sun görüşdü

    Berkshire Hathaway-ın 90 yaşlı icraçı direktoru, amerikalı invesor Warren Buffett yanvarın 23-ü “Tron Foundation”-in rəhbəri Justin Sun ilə görüşüb. Justin Sun 2019-cu ilin iyun ayında Warren Buffett ilə xeyriyyə şam yeməyi üçün 4.5 milyon dollar ödəmişdi. Görüşdə həmçinin kritptovalyuta sektorunun nümayəndələri: eToro-nun investisiya portfelinin meneceri Yoni Assia, “Binance Charity Foundation”-in rəhbəri Helen Hai, Litecoin-in yaradıcısı Charlie Lee, Huobi birjasının maliyyə direktoru Chris Lee iştirak edib.

CEO-TRON-pouzhinal-s-Uorrenom-Baffetom-itogi-vstrechi

     Nahar zamanı məşhur milyarder investisiya sahəsindəki müdrikliyi, eləcə də öz həyat təcrübəsi ilə bölüşüb. Əsas mövzusu kriptovalyutalar və rəqəmsal texnologiyalar olan görüşdə Baffet, blokçeyinin bir dəyər olduğunu etiraf edib və gələcəkdə ödəmə sistemlərinə əhəmiyyətli təsir göstərəcəyinə əminliyini bildirib. Justin Sun bitcoin kritiki olan milyarderə elektorn hesabında 1 BTC olan Samsung Galaxy Fold telefonunu və əlavə olaraq 1,930,830 TRX ( Baffetin doğum tarixinə uyğun – 1930.08.30) hədiyyə edib.

     Justin Sun öz twitter hesabında “Warren Buffett-ə şam yeməyi, dəstək və məsləhətləri üçün təşəkkür edirəm. TRON-u növbəti pilləyə keçirmək barədə dəyərli məsləhətlərinizi unutmayacam” yazıb. Daha sonra şam yeməyinə 515 dollar xərclədiyini və “Mən cənab Baffetə dedim ki, BTC gələcək nəsil valyutasıdır. O isə gülərək, nəvələrinin ABŞ dolları ilə miras almağı daha üstün tuturlar qeyd etdi” yazıb.

 

 

Elnur Quliyev

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma