Bitcoin 2020-ci ilin əvvəlindən 7.100 dollardan 10.500-ə (43 günə 47%) qədər artıb. Fevralın 13-ə qədər qiymət artsa da, artıq 20-si bitcoin 9.500 dollara qədər endi. Böyük ehtimal bitcoin yenidən 9.000-8500 dollar həddinə düşəcək. Çünki qiymətin son artımına təsir edəcək ciddi bir fundamental faktor qeydə alınmayıb. Tarixə nəzər salsaq görərik ki, 2019-cu il oktyabırın 26-da bitcoin 72 saat ərzində 7.200 dollardan 10.600-a qədər yüksəldi. Bu bitcoin tarixində ən sürətli qiymət artımı idi. Hesab edirəm ki, 2020-ci ilin sonuna qədər bitcoin yenidən 15.000 dolları keçəcəkdir.
Maraqlı fakt odur ki, son 2 ayda neftin qiymətindəki volatllik bitcoin-dən daha yüksək olub. Müqayisə üçün, WTI (West Texas Intermediate) neftinin volatilliyi 105.3%, yanvarda isə 119.6% olub. “Skew Markets”-in məlumatına əsasən isə bitcoin volatilliyi 66%-dən 42.3%-ə enib. Bundan elə nəticə çıxır ki, “qara qızıl” bitcoin-dən daha riskli aktivə çevrilib. Bitcoin və neftlə bərabər S&P 500 indeksinin volatilliyi 15.6%, qızılda isə ilk dəfə olaraq 18%-ə qalxıb. Qiymətlərin volatilliyinə təsir edən iki əsas fundamental faktor var: ABŞ-İran münasibətlərinin kəskinləşməsi və Çindəki koronovirus epidemiyasıdır. Hazırda Londonun ICE (InterContinental Exchange Futures) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 58,7 dollar, “Azeri Light” markalı neft isə 60.2 dollardı.
Müəllif: Elnur Quliyev
Neftin qiyməti və ölçü vahidi haqqında maraqlı faktlar
Elnur Quliyev: Kriptovalyuta sektorunun tənzimlənməsi qaçılmazdır!