Dövriyyəsinə görə dünyanın ən iri kriptovalyuta birjalarından biri olan Binance ilk dəfə olaraq “birbaşa bank kanalına” inteqrasiya etdiyini elan etdi. Birjanın partnyoru Türkiyənin Akbank-ı oldu. Bununla da istifadəçilər türk lirəsi (TRY) ilə birjadan mədaxil və məxaric etmək hüququ əldə edəcəklər.
Xatırladaq ki, 2019-cu ilin iyun ayında Statista portalının apardığı bir araşdırmaya əsasən Türkiyənin hər beşinci sakini kriptovalyutaya sahibdir və ya onu istifadə edir.