Cənubi Koreya parlamenti martın 5-i qanunvericiliyə müvafiq dəyişiklikləri etməklə ölkədə kriptovalyutaların ticarəti və saxlanmasını leqallaşdırdı. The News Asia xəbər portalının verdiyi məlumata əsasən dəyişikliklərin qüvvəyə minməsi üçün Cənubi Koreya prezidenti Moon Jae-in tərəfindən imzalanmalıdır. Bundan sonra kriptovalyuta birjalarına, blockchain startaplara, kripto-fondlara, elektron-cüzdan və digər kriptovalyuta xidmətləri təklif edən şirkətlərə fəaliyyətlərini yeni qaydalara uyğunlaşdırmaq üçün 6 ay güzəşt müddət veriləcək.
Cənubi Koreya Maliyyə Xidmətləri Komissiyasının (FSC) yeni qaydalarına əsasən kriptovalyuta şirkətlərindən aşağıdakılar tələb olunur:
- bütün maliyyə hesabatları tələblərinə riayət etmək,
- yalnız həqiqi adları olan bank hesablarından istifadə etmək,
- istifadəçilərin şəxsiyyətini müəyyənləşdirmək üçün KYC prosedurlarını tətbiqqini təmin etmək;
- informasiya təhlükəsizliyi idarəetmə sistemlərini (ISMS) sertifikatlaşdırmaq.