Koronavirusla Mübarizəyə Dəstək Fondu

    Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmışdır. Fondun əsas məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Fondun rəsmi veb səhifəsi – covid19fund.gov.az

   03.04.2020-ci il tarixinə Fonda edilən ianələrin ümumi məbləği 109.126.690 manat təşkil edir. Bu məbləğin 20.000.000 manatı Prezidentin ehtiyat fondundan, digər hissəsi isə 2439 hüquqi və 7140 fiziki şəxslər tərəfindən edilən ianələr hesabına formalaşıb.

Hazırda Fonda ən iri məbləğdə ianə etmiş hüquqi şəxslər aşağıdakılardır:

NEQSOL Holding 5,000,000
Azərbaycan Beynəlxalq Bankı 2,000,000
Azercell telekom LLC 2,000,000
AZ-Granata LLC 2,000,000
Paşa Holding 2,000,000
Tabaterra CJSC 2,000,000
UGE Middle East Development MMC 2,000,000
Socar AQS MMC 1,500,000
Bakcell 1,500,000
İqtisadiyyat Nazirliyi 1,200,000
Azerenerji ASC 1,000,000
AZRE Təkrarsığorta ASC 1,000,000
Baku Steel Company MMC 1,000,000
Caspian Marine Services LTD 1,000,000
Gilan MMC 1,000,000
Norm QJSC 1,000,000
Teymur Əhmədov adına AzNar QSC 1,000,000
Veysəloğlu Şirkətlər Qrupu 1,000,000
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 1,000,000
Aviation Services Group 1,000,000

      Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün ianə etmək istəyən istənilən hüquqi və ya fiziki şəxs ödənişləri “ASAN ödəniş” sistemi üzərindən 24/7 rejimində ödəyə bilər. Fonda ödəniş etmək üçün http://www.asanpay.az portalında və ya “ASAN Ödəniş” mobil tətbiqində “digər xidmət ödənişləri” bölməsinə daxil olaraq “Koronavirusla Mübarizəyə Dəstək” ilə mümkündür.

Fondun vəsaitindən istifadə istiqamətləri:

  • Tibb sahəsində çalışan işçilərin mükafatlandırılılmasna və onlara maddi yardım göstərilməsi;
  • Tibb müəssisələrinin infrastrukturunun təkminləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi;
  • Xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılması;
  • Nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi;
  • Tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsi;
  • Tibb sahəsində mütəxəssislərin hazırlanması;
  • Təbliğat və maarifləndirmə işləri;
  • Koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlər.

 

Azərbaycanda xüsusi karantin rejiminin şərtləri: 04.04.2020 tarixdən

Karantin rejimində icazələrin alınması qaydaları

Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək mexanizmləri

Sahibkarlara maliyyə dəstəyi: SUALLAR və CAVABLAR

Azərbaycanda iqtisadi artıma və sahibkarlığa dəstək proqramları

One comment

Leave a Reply to Azərbaycanda xüsusi karantin rejiminin şərtləri: 04.04.2020 tarixdən – Cancel reply