Bitcoin 10.000 dolları yenidən keçdi

Iyunun 2-si gecə saat iki radələrində Bitcoin-in qiyməti 30 dəqiqə ərzində 9.850-dən 10.429 dollara qalxdı. Bitcoin-in gözlənilməz bahalaşması ABŞ-da polisin günahı ilə qaradərili insanın ölümü ilə nəticələnən etirazlar aksiyaları ilə eyni vaxta təsadüf etdi.

CoinMarketCap.com-a əsasən bitcoin hazırda 9.518 dollar, kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 5535 ədəd, ümumi bazar kapitalizasiyası isə 268 milyard dollardır.

Leave a Reply