Venesuelada benzin “El Petro” ilə satılacaq

Donald Trump administrasiyasının tətbiq etdiyi maliyyə sanksiyaları nəticəsində Venesuela ciddi yanacaq qıtlığı ilə üzləşib. Nəticədə Venesuela hökuməti vətəndaşların benzin almağa çəkdiyi xərclərin subsidiya edilməsi siyasətinə (benzin çox ucuz qiymətə satılırdı) son verməyə qərar alıb. Bundan sonra benzinin 1 litri 5000 bolivar və ya 2.5 sentə satılacaq. Bundan əlavə olaraq ölkə vətəndaşları benzin üçün milli kriptovalyuta olan “El Petro” ilə hesablaşa biləcək. Elan EL Petro-nu rəsmi saytında yerləşdirilib. Nicholas Maduro hökuməti ölkədəki bütün yanacaqdoldurma məntəqələrinə EL Petro-nu ödəniş vasitəsi kimi qəbul etməyi göstəriş verib. EL Petro bundan sonra dollar, avro və bolivar kimi qəbul edilməlidir.

Benzin almaq üçün Biopago sistemi ilə Patria Wallet elektron prosedurlardan istifadə etmək lazımdır. Biopaqo ölkənin ən böyük bankı tərəfindən hazırlanmış biometrik ödəniş sistemidir. Lakin El Petro kriptovalyutasını dəstəkləyən yeganə cüzdan olan Petro App isə bu sistem ilə uyğun gəlmir. Bununla belə mövcud texniki problemlərə baxmayaraq, hökumətin benzin satışı ilə bağlı açıqlamasından sonra El Petro-nun qiyməti 40% artaraq 13 dollara qalxdı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma