Bloomberg: 2020-də bitcoin və qızıl qalxacaq!

Bloomberg agentliyinin maliyyə analitiki Mike McGlone bitcoin və qızılın 2020-ci ildə artım üçün “ən yaxşı namizəd” olduğuna əmin olduğunu bildirib. O, qeyd edib ki, koronavirus pandemiyası və mərkəzi bankların “dəstək” proqramları bitcoin-in populyarlıq qazanmasına və volatilliyinin azalmasına kömək edib. Bundan əlavə, texniki və fundamental faktorlar qiymətlərin getdikcə müsbət inkişafı göstərir.

Mike McGlone: “2020-ci ildə artım nümayiş etdirən bir neçə aktiv arasında bitcoin və qızılın daha da yüksəlişi üçün münbit şərait var. Əgər fond bazarı qalxsa bitcoin və qızıl da bu trendin ardınca qalxacaq.”

Bloomberg agentliyinin dərc etdiyi hesabata əsasən 2020-ci ildə bitcoin-in qiyməti 20.000 dollarlıq tarixi maksimimuma çatacaq. Hesabat: “2014-cü ildə bitcoin-in məzənnəsi 60% düşdü, lakin 2016-cı ildə 2013-cü ilin maksimumuna qayıtdı. 2018-ci ildə bitcoin yenidən qiyməti 7% dəyər itirdi. 2020-ci ildə 2016-cı ildəki tendensiya təkarar olunarsa qiymət 20 min dollara yüksələcək.”

Leave a Reply