Forex və Fond bazarı arasındakı fərq

Forex (Foreign Exchange) – Valyutaların alınıb və satıldığı maliyyə bazarıdır. Bu bazarın əsas iştirakçıları fərqli ölkələrin mərkəzi bankları və maliyyə təşkilatlarıdır. Digər iştirakçılar, misal üçün kiçik investorlar bu bazara diller və broker şəbəkəsi vasitəsi ilə qoşula bilərlər. Lakin bu tip şəbəkələr hər zaman şəffaf olmur. Forex bazarı üçün dəqiq adresi olan birja mövcüd deyil. Bu bazar beynəlxalq səviyədə fəaliyət göstərir və həftənin 5/24 saat aktivdir. Dünyanın bir hissəsində ticarət bitəndə o biri hissəsində yenidən başlayır.

Fond bazarı (Stock exchange) – Bu bazarda şirkətlərin səhmləri və istiqrazları, həmçinin törəmə alətləri olan fyuçerslər və opsionlar ticarət olunur. Dünyanın bütün fond bazarlarında çox vaxt o dövlətə məxsus olan maliyyə alətləri ticarət olunur. Moskva fond bazarında Rusiya şirkətlərinin səhmləri, New York fond bazarında Amerika şirkətlərinin səhmləri. Ancaq bu bir qayda olaraq belə deyil. Məsələn Rusiya şirkəti olan Yandexin səhmləri London fond birjasında ticarət olunur. İnvestorların səhmlərə rahat investisiya etməsi üçün bu üsuldan istifadə edilir.­

Forex və Fond bazarı arasındakı əsas fərqlər:

1. Səhmlər, istiqrazlar və valyutalara sahib olma hüququ.

Forex – Dövlət lisenziyası olmayan brokerdə hesab açaraq ticarət etdiyinzdə siz sona kimi əmin ola bilmirsiniz ki sahib olduğunuz aktiv hansıdır və ya hardadır. Çox vaxt isə ofşor hesablarda məsələn Kayman adalarında hesabı olan borkerlə müqavilə bağladıqda isə sizin hesabınızı sizə qaytarmaq haqda olan reallıq sıfıra bərabər olur.

Fond bazarı – Lisenziyalı brokerdə hesab açdığınız zaman və ticarətə başladığınızda hər bir əməliyat broker, birja və heçkimdən asılı olmayan depozitariyalarda qeydiyatdan keçir və “Fix” olunur. Depozitariy Mərkəzi Bank tərəfindən lisenziya almış və əməliyatların reestr hesabatını aparmaq və sahibinə məxsusluğunu qeydə almaq üçün yaradılmışdır. Broker özü sizin hesabınızda heç bir əməliyat aparmaq və ya sizin ixtiyarınız olmadan pullara toxunmaq ixtiyarı yoxdur. Kapitalın belə müdafisəsi hec banklarda yoxdur. Bildiniyiz kimi sizin bankdakı əmanitinizi bank istifadə edə bilir.

2. Risklər.

Forex – Bu bazarda əsas fərq kreditdən istifadə edərək ticarət etmənin mümkün olmasıdır. Siz kapitalınızdan bir neçə dəfə artıq sayda valyuta ala bilərsiniz. Broker sizə kredit təklif edir və bu kreditə kredit çiynidə deyirlər. Bəzi brokerlər hətta 1:500 həcmində kredit çiyni təklif edirlər bu isə o deməkdir ki , siz öz kapitalınızdan 500 dəfə artıq valyuta ala bilərsiziniz. Bu isə çox təhlükəlidir və yeni ticarətə başlayan treyder bir dəfəyə hesabını itirə bilər.

Fond bazarı – Bu bazarda requlyatorlar risklərin böyüməsinə imkan vermirlər, kreditləşmə həddini məhdud sayda edirlər. Səhm və istiqraz ticarətində maksimal kredit çiyni 1:7, fyuçers və opsionlarda isə maksimal 1:10 həddində kredit təklif olunur.

3. Ticarət strateqilayarı.

Forex – Valyuta aktiv deyil. Onun uzun müddətli artımı nadir hadisədir. Onun kursuna fərqli iqtisadi, siyasi və psixoloji hadisələr təsir göstərir. Hər bir valyuta öz ölkəsində dəyər ölçüsüdür və valyutaların kursu hər bir ölkənin ticarət balansı, tələb və təklif faktorları və beynəlxalq maştabda fərqliliklərinə görə dəyişir. Bu səbəblərdən vlayuta bazarında hər bir əməliyat spekulyativ xarakter daşıyır və uzun müddətli aktiv kimi saxlanılmır. Spekulyasiyanı isə ölkə valyutasının kursunu stabil saxlamaq üçün mərkəzi banklar və ya böyük şəxsi banklar və invest fondlar gəlir qazanmaq üçün edirlər.

Fond bazarı – Səhmlər isə hər hansısa bir şirkətin hissə payıdır və uzun müddətli aktiv kimi artma potensialı vardır. Şirkətin ölkəsində və dünya bazarında işlərinin yaxşı getməsi və maliyə vəziyətinin yaxşılaşması onun uzun müddətli perspektivdə artmasına gətirib çıxara bilər və investora 100% gəlir gətirə bilər. Misal üçün Apple, Google, Mcdonalds kimi şirkətləri göstərmək olar.

KriteriyalarForexFond bazarı
LisenziyaÇox zaman lisenziyasız fəaliyət göstərirlər və “kuxnya broker” adı altında çıxış edirlər.Birjanın professional iştirakçıları (broker,diler,depozitariy) lisenziyaya sahib olmalıdırlar.
Kredit Çiyni1:100, 1:5001:7 , 1:10
İşləmə vaxtıHəftənin 5 günü 24 saat işləyirHər bir birjanın öz işləmə saatı vardır. Misal: NYSE birjası New York vaxtı ilə 9:30 dan 16:00 a kimi fəaliyət göstərir.
Tələb olunan ilkin kapital5$- dan başlayaraqMinimal 2000 – 5000 $ arası ilkin kapital tələb edən fərqli brokerlər var
Ticarət olunduğu yerFormal olaraq birjası yoxdurHər bir səhm özünə məxsus birjada ticarət olunur. Misal Mcdonalds səhmləri NYSE birjasında
Əsas aktivlərValyuta cütlükləriSəhm, İstiqraz, Fyuçers, Opsion
GüvənlilikBrokerlə bağlı olan böyük hüquqi riskər. Ticarət riskləri isə böyük kredit çiyni səbəbindən dəfələrlə çoxdur.Brokerin güvənliyi lisenziya ilə təmin olunur. Hesabın güvənliyi qanun ilə müdafiə olunur və broker hesaba toxuna bilmir. Bazar riskini isə hər bir treyder özü təyin edir. Az riskli istiqraz riskləri çox olan isə fyuçers və opsionu göstərmək olar.

Forex bazarında brokerlər tərəfindən investorları aldatmaq kimi hallar çox baş verir və göstərilən gəlirlilik faizləri onların yüksək kredit çiyni təklif etməsi ilə əlaqədərdir. Fond bazarı bu baxımdan daha şəffafdır və perspektivləri daha çoxdur.

Mənbə: Finkorp.com

Leave a Reply