Mərkəzi Bank və VİSA-dan “Visa mobil tətbiqi ilə ödəniş et” kompaniyası

Mərkəzi Bank “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində VİSA beynəlxalq kart təşkilatı ilə birgə “Visa Token Service”-in ölkə ərazisində uğurlu startından sonra “Visa mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya start vermişdir.

“Visa mobil tətbiqi ilə ödəniş et” kampaniyası Azərbaycanda istehlakçılar arasında təmassız mobil ödənişlərin inkişafına və tokenizasiya olunmuş tranzaksiyaların sayının artırılmasına hədəflənmişdir. Kampaniyada iştirak hazırda müvafiq sertifikasiyadan keçmiş üç bankın – “Azərbaycan Beynəlxalq Bankı”, “Kapital Bank” və “Bank Respublika”-nın emissiya etdiyi bank kartları vasitəsilə öz mobil bank tətbiqindən istifadə edərək ödəniş edən bütün VİSA kart istifadəçiləri üçün açıqdır.

Kampaniyada iştirak etmək üçün VİSA kart istifadəçisi öz bankının mobil tətbiqi vasitəsilə 1 ay ərzində, hər biri 5 AZN olmaqla ən azı 10 tranzaksiya həyata keçirməlidir. Nəticə olaraq, kampaniyanın şərtlərini yerinə yetirən bütün VİSA kart istifadəçiləri öz hesablarına 25 AZN geri alacaqlar. Kampaniya bu mərhələlərə bölünür: 

  • 1-ci ay (10 iyun 2020-10 iyul 2020) – keşbek 14 gündən sonra köçürülür. 
  • 2-ci ay (11 iyul 2020-10 avqust 2020) – keşbek 14 gündən sonra köçürülür. 

Visa Token Service (VTS) – nağdsız ödənişlərin və mobil kommersiyanın inkişafı üçün təhlükəsiz mühiti təmin edən innovativ texnologiyadır. Hazırda təmassız ödənişləri qəbul edən istənilən POS-terminal vasitəsilə mobil telefonla qeyd edilən ödənişləri (VTS) aparmaq mümkündür.

Mənbə: cbar.az / visa.com

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma