Səhvən göndərilmiş BTC köçürmələrini ləğv etmək mümkündür

İsrailin blokçeyn startapı olan Kirobo səhvən göndərilən bir bitcoin tranzaksiyasını ləğv etməyə imkan verən bir texnologiya təqdim etdi. Retrievable Transfer texnologiyası cüzdanlar arasında əməliyyatlar göndərərkən insan səhvləri səbəbindən kriptovalyuta itkisinin qarşısını ala bilər. Retrievable Transfer göndəriciyə alıcının daxil etməli olduğu unikal bir əməliyyat kodu təqdim edir. Alıcı düzgün kodu daxil etməyincə, göndərən istənilən vaxt vəsaiti geri ala bilər.

Kirobo-nun apardığı sorğuya əsasən respondentlərin 18%-i göndərilmə zamanı yol verilən səhvlərə görə bitcoin itirdiklərini qeyd edib.

Leave a Reply