Dogecoin TikTok videosuna görə 50% dəyər qazandı

Dogecoin (DOGE) kriptovalyutası TikTok videosuna görə sütka ərzində 50% qazanaraq 0.004 dollar olub. James Galante adlı tiktoker öz videosunda Dogecoin-in cari qiymətində cəmi 25 dollar investisiya etməyi və kriptovalyutanin qiymətinin 1 dollara qədər yüksəlməsini gözləməyi təklif edib. Nəticədə isə hər investorun 10.640 dollar və ya 42000% gəlir əldə edəcəyinə əmin edib.

#DogecoinTikTokChallenge çərçivəsində yaradılan hərəkat yarım milyondan çox baxış və 58.000-dən çox bəyənmə və 4000 şərh cəlb etdi. Dogecoin-in qiyməti son 24 saat ərzində 50%-dən çox artaraq 0.002012-dan 0.004152 dollara qədər artdı. “Gəlin birlikdə varlanaq” videosu Dogecoin-i CoinMarketCap-da bazar kapitalizasiyasına görə reytinqdə 27-ci yerə yüksəldərək 287-dən 520 milyon dollara qədər qaldırmağı bacardı.

Leave a Reply