Paul Tudor Jones: Bitcoin investisiya aktivi kimi əladı

“Wall-Street”-in əfsanəvi investor-treyderi, Tudor Investment Corporation hedc-fondunun rəhbəri milyarder Paul Tudor Jones CNBC telekanalına müsahibəsində bitcoin-ni hazırkı pandemiya dövründə əla bir investisiya aktivi adlandırıb. O, öz müştərilərinə bitcoin-ə investisiya etməklə koronavirus pandemiyası ilə mübarizə üçün pul çap edən mərkəzi bankların hazırkı siyasətlərinə qarşı sığortalanmağı məsləhət görüb.

Paul Tudor Jones: “Aktivlərimin 1%-ni, daha doğrusu 2%-ə yaxın hissəsini bitcoin təşkil edir. Bitcoin haqqında düşünəndə onu investisiya portfelinin kiçik bir hissəsi kimi görürəm. Bu, ən yaxşısı da ola bilər. Hamısından daha mənfəətlisi. Məncə mümkündür. Bitcoin – əla spekulyasıdır. Bununla belə, aktiv dörd meyar üzrə artıq testindən keçib: alıcılıq qabiliyyəti, likvidlik, portativlik və etibarlılıq. Biz yeni növ yığım vastəsinin yarandığını müşahidə edirik və bunun nə dərəcədə uğurlu olacağını zaman göstərəcək.”

Jones bitcoin-i qızıl ilə müqayisə edərək, rəqəmsal valyutanın ona 1970-ci illərdə qızılın oynadığı rolu xatırlatdığını qeyd edib. “Maksimum mənfəət əldə etmək üçün “ən sürətli at”-a sahib olmalısan. Əgər mənim proqnozumu eşitmək istəyirsinizsə, o zaman mənim seçimim bitcoin-dir! Mövcud şəraitdə pulların sürətlə çap edilməsi ənənəvi investorları qızıla yönəldəcək və bu zaman dünya yeni və daha etibarlı aktivə ehtiyac duyacaq. Bu faktor bitcoin üçün əlverişli ola bilər. Çünki çox zaman bazarın reaksiyası sizin prioritetləriniz ilə eyni olmur. Ancaq unutmayın ki, “P&L” həmişə uzunmüddətli perspektivdə qalib gəlir. Bunu nəzərə alaraq yeni etibarlı aktivlərə ehtiyac olan bir zamanda bitcoin getdikcə daha mühüm rol oynaya bilər.” Jones deyib.

Qeyd edək ki, Paul Tudor Jones 1987-ci ildə ABŞ-ın maliyyə bazarında baş verən krizisin dəqiq proqnozlaşdırması ilə məşhur olub.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma