Dünyanın ilk dövlət kriptovalyutası buraxıldı

Litva Mərkəzi Bankı iyulun 23-ü dünyanın kolleksiya üçün nəzərdə tutulan ilk dövlət rəqəmsal valyutasını – LBCoin (Lietuvos Banko Coin) yaradılması elan etdi. LBCoin buraxılışı 1918-ci ildə elan edilmiş Litva Müstəqillik Aktının ildönümü və bu aktı imzalayan 20 imzaçıya həsr edilib. Lbcoin altı rəqəmsal token və bir fiziki sikkədən ibarətdir və dəyəri 99 avrodur.

Litva Mərkəzi Bankının sədri Vitas Vasiliauskas: “Lbcoin buraxılması Litvanın regional maliyyə texnologiyaları mərkəzi rolunu gücləndirəcəkdir.”

Litva Bankı ilkin olaraq 4 min Lbcoin (24.000 token və 36,36 qramlıq 4.000 gümüş kolleksiya sikkəsi) buraxıb. Hər bir tokendə Müstəqillik Aktında olan 20 imzadan birini təsvir edilib. Tokenlər imzalayanların fəaliyyət sahələrinə görə altı kateqoriyaya (kahinlər, prezidentlər, diplomatlar, sənayeçilər, elm adamları, bələdiyyə rəsmiləri) bölünür. Lbcoin Mərkəzi Bankın rəqəmsal valyutası (CBDC) kimi istifadə edilməyəcək.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma