V.Putin “Rəqəmsal maliyyə aktivləri haqqında” qanunu imzalayıb

Rusiya Federasiyasının prezidenti Vladimir Putin iyulun 31-i “Rəqəmsal maliyyə aktivləri haqqında” qanunu imzalayıb. Qanunda rəqəmsal valyuta və rəqəmsal maliyyə aktivləri anlayışları verilib. Qanun rəqəmsal aktivi (token və stabilcoin) qiymətli kağızlar üzərində hüquqların həyata keçirilməsi üçün bir vasitə olaraq təyin edir. Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Sənədə əsasən müəssisələr özəl “blockchain”-də tənzimlənmiş tokenlər buraxa biləcəklər. Bununla belə, kriptovalyutalar Rusiya ərazisində ödəniş vasitəsi hesab edilə bilməz. Rəqəmsal maliyyə aktivlərinə əsaslanan qiymətli kağızların buraxılması, uçotu və dövriyyəsi Rusiya Federasiyasının 1996-cı il tarixli “Qiymətli kağızlar bazarı haqqında” Federal Qanunu ilə tənzimlənəcək.

“Rəqəmsal maliyyə aktivləri haqqında” qanunun mövcud variantı yalnız qeydiyyata alınan təşkilatlar tərəfindən xüsusi blokçeynlərdə buraxılmış tokenlərin dövriyyəsini tənzimləyir. Rusiya bankları və birjaları operatorların xüsusi reyestrinə daxil olduqdan sonra rəqəmsal maliyyə aktivlərinin mübadiləsi operatoru ola biləcəklər. Bu reyestr Rusiya Bankı tərəfindən tənzimlənəcək və hansı tokenin yalnız ixtisaslı investorlara təqdim edilməsini müəyyənləşdirəcək.

Leave a Reply