Chainalysis: 3.7 milyon BTC həmişəlik itib

Hazırda 18.6 milyon bitcoin artıq mayninq edilib. Digər 2,4 milyon BTC, 2140-cı ilə qədər tədricən dövriyyəyə buraxılacaq. Chainalysis dərc etdiyi hesabata əsasən mayninq edilmiş bitcoinlər aşağıdakı kimi paylanıb:

  1. 11.4 milyon bitcoin (61%) “uzunmüddətli” investorlara məxsusdur. Belə investorlar heç vaxt onlara məxsus olan BTC-nin 25%-dən çoxunu satmayıblar.
  2. 3,5 milyon bitcoin (19%) hazırda ticarət və spekulyasiya üçün istifadə olunur.
  3. 3,7 milyon bitcoin (20%) sadəcə itirilib. Bu BTC-lər 5 ildən çoxdur ki, köçməyiblər və dövriyyəyə girmək şansları da çox azdır.

İtirilmiş bitcoinlərin bir qismi şəxsi açarların itirilməsinə aiddir. BTC-lərin digər 1.1 milyonu və ya 6%-i “Satoşinin hesabın”-da saxlanılır. Bitcoinərin bir hissəsi isə açar və parollarını miras qoymayan vəfat etmiş investorlara aiddir.

Leave a Reply