Arcane Research: Altcoinlərə maraq artıb

Kriptoanalitik şirkət olan Arcane Research iddia edir ki, 2018-ci ilin yanvar ayından indiyə qədər kriptovalyutalara maraq ən yüksək həddə çatıb. Arcane Research Google Trends-in məlumatlarına əsaslanan hesabatında «buy crypto» sorğusunun sürətlə artdığını qeyd edib. Analitiklər hesab edir ki, bu kriptovalyuta bazarına yeni treyderlər və investorların gəlişinin göstəricisidi. Bununla paralel olaraq «bitcoin» sorğusunun sayı azalıb. CoinMarketCap-a əsasən 2019-cu ilin sentyabr ayında bitcoin ümumi bazar kapitalizasiyasının 62.3%-ni təşkil edirdisə hazırda bu 59.3%-dir.

Leave a Reply