İsveçrədə vergi bitcoin və ethereum ilə ödəniləcək

Kriptovalyuta ekosisteminə müsbət münasibətinə görə “Kripto Vadi” kimi tanınan İsveçrənin Zuq bölgəsində vergiləri bitcoin və ethereum ilə ödəməyə icazə verilib. Hüquqi və fiziki şəxslərə rəqəmsal aktivlərlə ödəniş yalnız 100.000 İsveçrə frankına (109.670 dollar) qədər vergilərə aid ediləcək. 127.000 əhalisi olan Zuq bölgəsində rəqəmsal aktivləri franka konvertasiya edərək hökumət heablarına göndərən yerli kripto-broker şirkəti “Bitcoin Suisse AG” həyata keçirir.

Rəqəmsal valyutalara qarşı müsbət münasibət və əlverişli tənzimləmə mexanizmlərinin olması sayəsində İsveçrə kriptovalyuta şirkətlərinin daha çox cəmləşdiyi ölkələrdən biridir. Kriptovalyuta sektoru üzrə şirkətlərin daha çox cəmləşdiyi və Avropanin yeni “Silikon Vadisi” adlandırılan Zuq bölgəsində İsveçrə hökumətinin dəstəyi ilə 2016-cı ildə “Crypto Valley Association” yaradılmışdı. Bu assosasiya kriptovalyuta sənayesnin mühüm tədbirlərindən biri olan və hər il keçirilən “Crypto Valley Blockchain Summit“-nin təşkilatçısı, həmçinin bir çox uğurlu blockchain-şirkətlərin və fintex startapların qurucusudur.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma