Bitcoin əsasında 436 altcoin yaradılıb

Map of Coins analitik portalının məlumatına əsasən 2009-cu ildə yaradılan ilk kriptovalyuta olan bitcoindən indiyə qədər 436 altcoin yaradılıb ki, onlarda 250-si artıq aktiv deyil. İlk bitcoin forku – Namecoin 2011-ci ildə baş verib. Namecoin layihəsi senzuraya davamlı xüsusi və təhlükəsiz domen adları yaratmağa yönəlmişdi. Namecoin-dən iki ay sonra bitcoin forkları arasında ən məşhuru Litecoin yaradılı. Litecoin bitcoin hibridi olaraq yaradılmış və əsas diqqət tranzaksiyaların sürətinin artırılmasına yönəldilmişdi. 2017-ci ildə daha bir fork – Bitcoin Cash baş verdi. Bitcoin Cash miqyas probleminin həlli mövzusunda razılığa gələ bilməyən Bitcoin inkişaf etdiriciləri arasındakı fikir ayrılığı səbəbindən yaradıldı.


 
 

Leave a Reply