Jack Dorsey: Bitcoin və blockchain Twitterin gələcəyidir

Bitcoin tərəfdarı kimi tanınan Twitter-in baş direktoru Jack DorseyOslo Freedom Forum 2020“-də çıxışı zamanı bitcoin və blockchain texnologiyasını “twitterin gələcəyi” adlandırıb. Dorsey qeyd edib ki, Twitter daima platformanın təhlükəsizliyi üzərində işləyir ancaq “birdəfəlik təhlükəsiz sistem” etmək mümkün deyil – bunun sonu olmayan bir prosesdir. O, həmçinin yeni yaradılan Blue Sky şirkətinə blockchain əsaslı platforma və açıq Twitter protokolu yaratmaq üçün memarlar, mühəndislər və dizaynerlər axtarıldığını elan edib.

Jack Dorsey: “Blockchain və Bitcoin gələcəyə işarədir. Onlar şəbəkəyə qoşulmuş hər bir qovşaqda qeyd olununan və hər kəsə əlçatan olankontentin mövcud olduğu bir dunyaya işarə edirlər. Bitcoin-in əsas məqsədi, etibarın mümkün olmadığı bir mühitdə, məsələn İnternetdə, etibarlı bir sistem təmin etməkdir.”

Bundan əlavə, Jack Dorsey-nin rəhbərlik etdiyi Square ödəmə şirkəti, kripto-valyuta sənayesində “patent trollinq”-lə mübarizə aparmaq üçün Cryptocurrency Open Patent Alliance (COPA) konsorsiumunu yaratmışdı.

Müəllif:  Elnur Quliyev

Leave a Reply