Ernst&Young bitcoin analitikası üçün xidmət təqdim etdi

Dünyanın ən böyük 4 audit (“BİG 4”) şirkətindənbiri olan Ernst & Young (EY), bitcoin əməliyyat analitikası üçün “Explorer & Visualizer” həllinin beta versiyasını təqdim etdi. Yeni Explorer & Visualizer həlli EY Blockchain Analyzer məhsul paketinin bir hissəsidir. EY-dən verilən məlumata əsasən yeni həll fərdi əməliyyatların, ünvanların və blokların öyrənilməsinə daxili audit və ya digər hüquqi prosedurlar çərçivəsində müvafiq məlumatların toplanmasına imkan verəcək. Explorer & Visualizer, tənzimləyici və saxtakarlıq risklərini idarə etməyə kömək edə biləcək məlumatları araşdırmaq, izləmək və təhlil etmək üçün axtarış funksiyasını vizual texnologiya ilə birləşdirir.

EY-ın blockchain istiqaməti üzrə rəhbəri Paul Brody: “Explorer & Visualizer” xidmətinin məqsədi müəssisələrə açıq və qapalı blokçeyndə ticarət əməliyyatlarının yoxlanılması və təhlili üçün sadələşdirilmiş və inteqrasiya edilmiş bir platforma təqdim etməkdir. Explorer & Visualizer həlli, “EY OpsChain Public Finance Manager” ilə inteqrasiya ediləcək və müəssisələrə blokçeyn əsaslı müqavilələr bağlamaq, əməliyyatlar həyata keçirmək, ödəmələrin və tədarük zənciri əməliyyatlarının vahid bir sistemdə izlənilməsinə imkan yaradacaqdır.”

Xatırladaq ki, Ernst & Young 2020-ci ilin iyun ayında ilk dəfə olaraq avtomatik olaraq kriptovalyuta birjalarından istifadəçi əməliyyatları barədə məlumat alan və vergi bəyannaməsini dolduran EY CryptoPrep tətbiqetməsini təqdim etmişdi.

Müəllif:  Elnur Quliyev

Leave a Reply