Balansında ən çox Bitcoin olan cüzdan

Bitinfocharts.com analitik portalı 02.10.2020 tarixinə balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar barədə statistik məlumatları dərc edib. Hazırda mövcud olan 31.9 milyon BTC-cüzdan arasında balansına görə ən iri cüzdan (35hK24tcLEWcgNA4JxpvbkNkoAcDGqQPsP – 227.502 BTC) Huobi birjasına məxsusdur.

 Balansında 10.000-dən çox bitcoin olan 110 BTC-cüzdan var. Bundan əlavə, hazırda balansında 1 bitcoin-dən çox olan 656242 cüzdan mövcuddur.

    Hesabata əsasən balansında 10.000.000 ABŞ dolları ekvivalnetində BTC olan 2.308 cüzdan var. Balansında ən azı 1 dollar olan cüzdanların sayı isə 23.8 milyon təşkil edir.

Müəllif:  Elnur Quliyev

Leave a Reply