Paxful Tether (USDT) ticarətini əlavə etdi

Bitcoin almaq üçün ən etibarlı və populyar P2P platforma olan Paxful.com sentyabrın 29-dan etibarən Tether (USDT) ilə ticarət funksiyasını əlavə etdi. Bundan sonra platformada verifikasiyadan keçmiş hər bir istifadəçi Tether alıb və ya sata bilər, bank rekvezitlərini əlavə edə və istifadəçinin adına bitcoin göndərə bilər. Yeni funksiya əlavə edildikdən sonra artıq USDT almaq üçün bitcoin almağa ehtiyac yoxdur. USDT-ni birbaşa Paxful cüzdanından məxaric edilməsi mümkün olacaq.

İsitifadəçilər bitcoin və ya USDT alarkən bank köçürməsi ödəmələri ilə əməliyyatları daha da tez aparmaq üçün bank məlumatlarını hesab ayarlarına əlavə edə bilərlər. Bank rekvezitlərin əlavə edilməsi platformada alqı-satqı əməliyyatının hər iki tərəfinə vaxt qazanmağa və mümkün səhvləri minimumlaşdırmağa kömək edəcəkdir. Əvvəllər bitcoin göndərmək üçün alıcının elektron cüzdan adresini bilməli idinizsə, indi bunun üçün Paxful platformasındakı istifadəçi adı kifayətdir.

Xatırladaq ki, hazırda Paxful-un 4,5 milyon istifadəçisi var və platformada əməliyyatlar üzrə dövriyyə həcmi 2020-ci ildə 4.6 milyard dolları təşkil edir.

Müəllif:  Elnur Quliyev

Paxful – bitcoin almaq üçün P2P platforma

Leave a Reply