Bitcoin üzrə rentabellik əmsalının (ROİ) hesablanması

Dollar dəyərini itirdiyi müddətdə bitcoin-in qiyməti artmaqda davam edir. Son on ildə bitcoin-in bahalaşmasına ABŞ dollarındakı inflyasiya da öz təsirini göstərib. Nəzərə almaq lazımdır ki, bitcoin-in dəyəri əsasən ABŞ dolları ilə qiymətləndirilir. Əgər 10 il əvvəl investor dollarla təmin edilmiş hər hansı bir aktivə 1 dollar yatırsaydı, indi 84 sentə sahib olacaqdı. Bitcoin isə investisiyanın rentabellik əmsalı (ROİ) 772З% ilə öyünə bilər. Bu, ilk kriptovalyutanın nəinki inflyasiyaya davam gətirə biləcəyini, hətta iqtisadi qeyri-sabitliyə baxmayaraq dəyərinin artdığını göstərir.

Bitcoin-ə sahib olan hər bir investor Bitcoin ROİ Calculator vasitəsi ilə öz investisiyasının rentabellik əmsalını hesablaya bilər. Bunun üçün siz bitcoin aldığınız tarixi və investisiya etdiyiniz məbləği qeyd etməlisiniz. Misal üçün, əgər siz 5 oktyabr 2013-cü ildə 100 dollar məbləğində bitcoin almışdınızsa 05.10.2020 tarixinə investisiyanızın rentabellik əmsalı 8.726%, qazancınız isə 8.726 dollar olacaq.

Buyshares.co.uk analitik portalın məlumatına əsasən 2015-2020 illər ərzində bitcoin-ə edilən investisiyanın rentabelliyi Financial Times Stock Exchange 100 (FTSE), NASDAQ, Nikkei, S&P 500 və Dow Jones kimi aparıcı indekslərindən dəfələrlə çoxdur. 2015-ci ilin iyun ayının 26-da bitcoin 257 dollar idisə, 2020-ci ilin eyni tarixində artıq 9.143 dollara qədər dəyər qazanmışdı. İnvestisiyanın rentabellik əmsalı 3456%.

Bu onun göstəricisidir ki, bitcoin investisya portfelinə əlavə etmək üçün nəzərə alınması lazım olan aktivdir. Koronavirus pandemiyası və qlobal iqtisadi vəziyyət ilə əlaqədar olaraq bitcoin mümkün inflyasiyadan qorunma vasitəsi olaraq investorların diqqətini çəkməyi bacardı.

Müəllif:  Elnur Quliyev

Leave a Reply