Tesla fabriklərində bitcoin bankomatlar quraşdırılıb

LibertyX kripto bankomatlarının operatoru olan Fold ödəniş platformasının direktoru Will Reeves öz twtterində Tesla fabriklərində bitcoin bankomatlarının quraşdırıldığını qeyd edib. Lakin bu yazıdan dərhal sonra Tesla rəhbəri Elon Musk twitter-də “mənə elə gəlir ki, bu səhv məlumatdır” yazıb. Məlumatı dəqiqləşdirmək üçün LibertyX şirkəti həqiqətəndə Tesla-nın ABŞ-da yerləşən 3 fabrikində kripto bankomatların olduğunu təsdiqləyib. Məsələ ondadır ki, bu bankomatlar əvvəllər adi bankomat kimi fəaliyyət göstəriridi və onların moderləşdirilməsindən sonra bitcoin almaq funksiyası da aktivləşdirilib. Hazırda bu bankomatlarda yalnız 8% komissiya ilə bitcoin almaq funksiyası mövcuddur.

Müəllif:  Elnur Quliyev

Leave a Reply