Elman Rüstəmov: Milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir

Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 20-si AzTV-də milli iqtisadiyyat və maliyyə sektorunun mövcud vəziyyəti ilə bağlı müsahibə verib. Elman Rüstəmov: “Bütövlükdə koronavirus (COVID-19) pandemiyası, iqtisadi fəaliyyətin məhdudlaşdırılması, neft qiymətlərinin aşağı düşməsi, neft hasilatının azalması ilə bağlı “OPEC+” sazişinə qoşulmağımız və sentyabr ayından Ermənistanın hərbi təcavüzü, təbii olaraq iqtisadiyyat üçün ciddi sınaq, ciddi şokdur. Ancaq hazırda iqtisadi terminologiya ilə desək, milli iqtisadiyyat ideal ştorm vəziyyətindədir. Lakin vaxtında görülən tədbirlər, atılan addımlar bu gün imkan verir ki, Azərbaycan bu şokları minimallaşdırsın. Bu gün bizim iqtisadiyyatımız özünü normal hiss edir və biz tam olaraq makroiqtisadi sabitliyi qoruya bilmişik. İllik inflyasiya 3%-dən aşağıdır, milli valyutamız başqa ölkələrin valyutalarından fərqli olaraq sabitliyini qoruyub saxlaya bildi. ÜDM-nin baza sahələrində həm sənayə, həm də kənd təsərrüfatına əhəmiyyətli artıma nail olduq. Biz makroiqtisadi sabitliyi saxlamaqla və iş yerlərini qorumaqla, bütövlükdə gələn il iqtisadi artımı bərpa etmək və sürətləndirmək üçün yaxşı bir plastarm saxlamışıq. Bizim kifayət qədər ehtiyatlarımız var ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra tez bir zamanda Azərbaycan iqtisadiyyatının artımını bərpa edək, inkluziv artım yoluna çıxaq”.

Leave a Reply