PayPal bitcoin ilə ödənişləri əlavə edəcək

Dünyanın ən populyar ödəniş sistemlərindən biri olan PayPal-ın Amerika istifadəçiləri 2021-ci ildən bitcoin almaq, satmaq və saxlamaq imkanı əldə edəcəklər. Eyni zamanda, istifadəçilər PayPal ilə kripto ödənişləri həyata keçirəcəklər. Ödənişlər fiat valyutalar ilə PayPal elektron cüzdanı və Venmo tətbiqi vasitəsi ilə həyata keçiriləcək. PayPal-da bitcoin-dən əlavə, ethereum, bitcoin cash və litecoin ilə ödənişlər də mümkün olacaq. PayPal alıcı və satıcılar arasında konvertasiya əməliyyatlarını avtomatik həyata keçirəcək və satıcılar məhsul və ya xidmət üzrə ödənişi fiat valyutada alacaqlar. Bu məqsədlə PayPal dolları kriptovalyutaya çevirməyə imkan verən BitLicense alıb. BitLicense – Nyu-York ştatının Maliyyə Xidmətləri Departamentindən (NYDFS) virtual pul köçürmələri üçün verilən lisenziyadır.

Bu xəbərdən sonra bitcoin 7.3% dəyər qazanaraq 12.840 dollara qədər artı. PayPal, 346 milyon aktiv hesabı olan dünyanın ən böyük ödəniş sistemlərindən biridir və 2020-ci ilin ikinci rübündə 222 milyard dollar dəyərində əməliyyatları həyata keçirib.

Leave a Reply