Paxful İspan neobankı Bnext ilə kripto debt kart buraxdı

Bitcoin almaq üçün populyar P2P platforma olan Paxful.com Ispaniyanın Bnext neobankı ilə partnyorluq çərçivəsində Meksikada ilk kripto debet kartı buraxdı. Bu debt kart Paxful-un meksikalı müştərilərinə rəqəmsal pullarını istənilən milli satış nöqtəsində kart ilə ödəmək və bankomatlardan nağd pul çıxarmaq üçün istifadə etməyə imkan verəcəkdir.

Bundan əlavə Bnext müştəriləri kriptovalyutasını almaq və ya satmaq üçün Paxful platformasına birbaşa çıxış əldə edəcəklər. Paxful, öz açıqlamasında Meksikanın tətbiq etdiyi “sərt bank qaydaları”-nın vətəndaşların vəsaitlərinin kriptovalyutalara yönəltməyə təşviq etdiyini izah edərkən Bitso kriptovalyuta birjasının 2019-2020 dövrü ərzində kriptovalyutalar üzrə dövriyyə həcminin 342% artması statistikasını təqdim edib. Bnext – Meksikalı istifadəçilərə ticarət platformasında Bitcoin və Tether (USDT) alqı-satqısı imkanı təklif edən Paxful-un 300-dən çox ödəmə üsulu siyahısına son əlavədir.

Paxful-un həmtəsisiçisi və CEO-su Ray Youseff Bnext ilə olan partnyorluğu maliyyə əlçatanlığı istiqamətində qətiyyətli addım adlandırıb. Ray Youseff: “Paxful olaraq Bnext-in maliyyə əlçatanlığının yaxşılaşdırmaq missiyamızda iştirak etməsindən məmnunuq. Birlikdə dünya miqyasında kriptovalyuta ticarətini daha əlçatan hala gətirərkən Meksika xalqına etibarlı bir bank alternativi təqdim etməyə çalışırıq.”

Müəllif: Elnur Quliyev

Leave a Reply