ABŞ hökuməti 1 milyard dollarlıq bitcoin müsadirə etdi

ABŞ-ın Ədliyyə Nazirliyi noyabrın 5-i 69.370 bitcoin-i müsadirə etdiyini elan etdi. Hazırda 1 bitcoin 15.480 dollar olduğunu nəzərə alsaq ki, bu təxminən 1,03 milyard dollar təşkil edir. Bu məbləğ indiyə qədər kriptovalyutada müsadirə edilən ən böyük məbləğdir. Bu vəsait istintaq işində adı «Individual X» kimi adlanan şəxsin elektron cüzdanından müsadirə edilib. Məhkəmə sənədlərinə əsasən «Individual X» 2012-ci ildə Silk Road platformasından oğurladığı bitcoinləri noyabrın 3-ü rəqəmsal vəsaitlərin ABŞ-ın hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə müqavilə imzalayıb. Bununla da ABŞ hökuməti balansında ən çox bitcoin olan 5-ci BTC-cüzdanın sahibi oldu.

Hüquq-mühafizə orqanları 69.370 BTC ilə eyni sayda Bitcoin Cash (BCH), Bitcoin Gold (BTG) və Bitcoin SV (BSV) müsadirə edib.

   Bitcoin-in nüfuzuna ilk böyük zərbə 2013-cü ildə Silk Road saytının sahibi Ross William Ulbricht həbs edilməsi oldu. Silk Road – ödəniş vasitəsi kimi bitcoini qəbul edən və əsas satış predmeti yüngül narkotiklər (marixuana, ekstazi) olan onlayn-maqazin idi. Alıcı və satıcıların anonimliyi tam təmin olunan platformada oğurlanmış incəsənət əsərləri, soyuq silahlar, saxta sənədlərin hazırlanması və xaker hücumlarının təşkili kimi xidmətlər də təklif olunurdu. Federal Təhqiqatlar Bürosunun hesablamalarına əsasən Silk Road internetdə ən böyük “cinayətkar bazarı” olmaqla yanaşı iki il ərzində 1.2 milyard dollar qazanc əldə edib. Ross Ulbrixtdən 174.000 bitcoin müsadirə edilərək ona qarşı çirkli pulların yuyulması, narkotik ticarəti və xaker fəaliyyəti maddələri üzrə cinayət işi üzrə 29 may 2015-ci ildə ömürlük azadlıqdan məhrum edildi.

Leave a Reply