CitiBank: Bitcoin 2021-ci ildə 318.000 dollara çata bilər

CitiBank-ın icraçı direktoru Thomas Fitzpatrick 1970-ci illərin qızıl bazarı ilə mövcud bitcoin bazarı arasındakı oxşarlıq olduğunu qeyd edərək, bitcoin-in qiymətinin 2021-ci ildə 318.000 dollar olacağını deyib. O, bitcoin-in qiymətinin həftəlik qrafikini, əvvəlki ən yüksək və ən aşağı səviyyələr üzrə texniki analiz apardıqdan sonra 2021-ci ilin dekabr ayına qədər ilk kriptovalyutanın qiymətinin 318.000 dollara çata biləcəyini söyləyib.

Thomas Fitzpatrick: “Bitcoin – yeni qızıldır. Bitcoinin 2010-2011-ci illərdəki qiyməti 1970-ci illərin qızıl bazarını xatırladır. Qızılın qiyməti 50 il ərzində 20-35 dollar aralığında idi. Qızıl 1971-ci ildə ABŞ prezidenti Riçard Nikson hökümətinin maliyyə siyasətinin dəyişməsindən sonra bahalaşmağa başlayıb. Qızılın fiat valyutalarından ayrılması, COVID-19 pandemiyası və mərkəzi bankların aqressiv maliyyə siyasətləri gələcəkdə bitcoin-in qiymətində yüksəlişə səbəb ola bilər.”

Leave a Reply