PayPal: Kriptovalyutalar daha çox istifadə olunacaq

PayPal-ın baş direktoru Dan Schulman noyabrın 23-ü CNBC-yə verdiyi müsahibəsində kriptovalyutaların yaxın gələcəkdə kütləvi istifadə olunacağını deyib. O hesab edir ki, Covid-19 pandemiyası rəqəmsal ödənişl’ri və rəqəmsal valyuta formalarına keçidi sürətləndirdi.

Dan Schulman: “Düşünürəm ki, yaxın gələcəkdə kriptovalyutaların tətbiqi variantları çoxalacaq və bu faktor bitcoi-ni zamanla daha geniş istifadə edilən, daha sabit və daha qiymətli edəcəkdir. Pandemiya zamanı nağd ödəniş dövriyyəsi kəskin azalıb. PayPal olaraq məqsədimiz kriptovalyutaların alqı-satqısını və saxlanmasını təmin etməklə bitmir. Biz 2021-ci ilin əvvələindən kriptovalyutaların istənilən əməliyyat üçün maliyyə mənbəyi olmasına icazə verəcəyik. PayPal şirkətlərin rəqəmsal ödəniş formalarını qəbul etmələrini təmin etmək üçün mövcud ödəniş sistemləri ilə inteqrasiya ediləcək. Platformamız kriptovalyutaların faydalılığını artıracaqdır.”

Bitcoin-ə müxalif olan bir çox analitiklər kriptovalyutanın daxili dəyəri olmadığını iddia edirlər. Buna cavab olaraq PayPal CEO-su D.Schulman “Bütün pul formaları etimada və bu etibardan qaynaqlanan dəyərlərə əsaslanır” deyib.

Leave a Reply