Bitcoin “The Wall Street Journal”-da baş səhifədə

İki ay ərzində dəyəri 80% qalxan bitcoin yenidən dünyanın kütləvi informasiya agentliklərinin diqqətini cəlb edib. Məşhur “The Wall Street Journal” 23 noyabrda baş səhifədə bitcoin haqqında material yerləşdirdi. Məqalədə bitcoin-in 2020-ci ildə “Wall Street milyarderləri” arasında dəstək tapdığı və institusional investorlar arasında yayıldığı bildirilir. Məqalədə milyarderlər Paul Tudor Jones və Stanley Druckenmiller qeyd edilib. “Wall-Street”-in əfsanəvi investor-treyderi, Tudor Investment Corporation hedc-fondunun rəhbəri Paul Tudor Jones iyul ayında aktivlərinin 1%-ni (təqribən 50 mln dollar) bitcoin-ə investisya etdiyi bildirmişdi. Jurnalda həmçinin qeyd edilib ki, 2020-ci ilin 3-cü rübündə Square Cash tətbiqindəki bitcoin üzrə dövriyyə həcmi 1,6 dollar olub.

Bitcoin noyabrın 24-ü son 1 həftə ərzində 14.6% dəyər qazanaraq 19.000 dolları keçməi bacardı. Həmin gün bitcoin 19.423 dollara qədər qalxdı. Bu, son 3 il ərzində ən maksumum qiymətdir.

Leave a Reply