Kriptovalyutalar 2020-ci ildə nə qədər gəlirli olub?

CoinMarketCap.com-a əsasən kriptovalyuta birjalarında ticarət olunan rəqəmsal aktivlərin sayı 7778 ədəd, ümumi bazar kapitalizasiyası isə 572 milyard dollardır. Son 2 ay ərzində kriptovalyuta bazarında qiymətlərin artımı müşahidə olunmaqdadır. Bitcoin pandemiya və iqtisadi qeyri-müəyyənlik dövründə “qoruyucu maliyyə aləti” kimi özünü doğrultamğı bacardı. Təcrübə göstərdi ki, 2020-ci ilin 1-cü rübündən başlayaraq rəqəmsal aktivlərə edilən investisiyalar öz sahiblərinə kifayət qədər gəlir qazandırıb. Kriptovalyutalar arasında Bitcoin investorların əsas investisiya aktivi olsa da digər rəqəmsal aktivlər də yüksək marja ilə seçilməyi bacarıb. Bu vəziyyətdə kripto-investorları maraqlandıran yeganə sual: “nə qədər qazandım?”.

25.09.2020 – 25.11.2020 dövrü (2 ay) ərzində “Top 15”-də olan və investorlarına ən çox gəlir gətirən kriptovalyutalar:

    Əgər siz 25.09.2020 tarixində cədvəldə göstərilən kriptovalyutalardan hər hansı birinə 1.000 dollar investisiya etsəydiniz 2 ay sonra ümumi qazancınız aşağıdakı kimi olacaqdı:

Etiraf etmək lazımdır ki, kriptovalyutaların böyük əksəriyyətinin yaradılmasının yeganə məqsədi qısa müddətdə spekulyativ üsullarla gəlirli maliyyə aktivinə çevrilməkdir. Bu tip kriptovalyutaları fərqləndirməyin ən sadə usulu həmin aktivin bazar kapitalizasiyasına nəzər yetirməkdir. Bazar kapitalizasiyası nə qədər yuxarı olarsa həmin kriptovalyuta ilə bazarda manipulyasiya riski bir o qədər az olur. Adətən bazar kapitalizasiyası 500 milyon dollara qədər olan rəqəmsal aktivlərlə əməliyyatlar aparmaq daha riskli hesab edilir.

Müəllif: Elnur Quliyev

Leave a Reply