Bitinfocharts.com analitik portalı 28.11.2020 tarixinə balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar barədə statistik məlumatları dərc edib. Hazırda mövcud olan 42 milyon BTC-cüzdan arasında balansına görə ən iri cüzdan (35hK24tcLEWcgNA4JxpvbkNkoAcDGqQPsP – 141.452 BTC) Huobi birjasına məxsusdur.
Balansında ən azı 1 bitcoin olan cüzdanların sayı 819770 olub. Bundan əlavə, hazırda balansında ən azı 1 dollar olan cüzdanların sayı isə 26.3 milyon təşkil edir.
Hesabata əsasən balansında 10.000.000 ABŞ dolları ekvivalnetində BTC olan 3.373 cüzdan var.
Müəllif: Elnur Quliyev