Ukrayna hökuməti kripto-tədris proqramını təqdim etdi

Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi vətəndaşları kriptovalyutalar, blokçeyn texnologiyası və bitcoin haqqında məlumatlandırmaq üçün tədris materialları təqdim edib. Video materiallar Binance, Hacken və Crustal Blockchain ilə birgə əməkdaşlıq sayəsində “Diia.Digital Education” hökumət proqramı çərçivəsində hazırlanmışdır. Hər biri 6-12 dəqiqə aralığında davam edən səkkiz ayrı video proqramlarda kriptovalyuta və blokçeyn texnologiyasının əsas konsepsiyası izah edilir. Videoroliklərdə aparıcı olaraq sahibkar və keçmiş bankir Andrey Onistrat seçilib və o, kriptovalyuta və blockchain sənayesində çalışan qonaqlardan müsahibə alır. İlk video artıq YouTube-də yerləşdirilib və əsas mövzu kriptovalyutaların konsepsiyası olub. Videoda Andrey Onistrat Binance birjasının Ukrayna üzrə marketinq meneceri İvan Paskar ilə bitcoin, ethereum, smart müqavilələr və mərkəzləşdirilməmiş birjalar haqqında müzakirə ediblər.

Bu təşəbbüs Ukrayna hökumətinin ölkədə rəqəmsal savadlılığı artırmaq səylərinin bir hissəsidir. Ukraynanın Rəqəmsal Transformasiya Nazirliyi ölkədə kriptovalyuta ekosisteminin inkişafı üçün əlverişli olacaq daha dəqiq qaydaların qəbul edilməsi üzərində işləyir. Kriptovalyuta birjası Binance, 2019-cu ildən nazirliklə əməkdaşlıq edir və ölkədə kriptovalyuta sektorunun tənzimlənməsini yaxşılaşdırmağa kömək edir. Nazirliyin təqdim etdiyi digər proqramlar arasında “Müəllimlər üçün rəqəmsal dərslər” və “YouTube-da necə bloqqer olmaq” da yer alır.

Leave a Reply