Sberbank kriptovalyuta ticarətini dəstəkləyəcək

Rusiyanın ən böyük bankı olan Sberbank (Сбербанк) 2021-ci ildə blokçeyn texnologiyasına əsaslanan rəqəmsal aktivlərin ticarəti platformasını istifadəyə verəcək. Bunu Sberbank-ın rəhbəri German Qref noyabrın 30-u keçirilən “İnvestor Günü” tədbirində deyib. German Qref qeyd edib ki, 1 yanvar 2021-ci ildən etibarən Rusiyada “Rəqəmsal maliyyə aktivləri haqqında” qanun qüvvəyə minir və yeni strategiyaya əsasən Sberbank özü üçün yeni bir bazara çıxmağa hazırlaşır. Onun sözlərinə əsasən, Sberbank rus rublu ilə təmin edilən “Sbercoin” adlı öz kriptovalyutasını (token) buraxmaq ehtimalını da nəzərdən keçirir. Sberbank 2023-cü ilə qədər Rusiyada e-ticarət bazarında ilk “top 3”-ə yer almağı planlaşdırır.

German Qref: “Yanvarın 1-dən qanun qüvvəyə minir və rəqəmsal maliyyə aktivlərinin alınması üçün xidmətlər göstərən yeni blokçeyn platformamızı bazara çıxarmaq istəyirik. Bu platformada “yaşıl” alətlərin alınması imkanını reallaşdıracayıq.

Leave a Reply